Məşhur müğənni donuz qripinə yoluxdu

29 Dekabr 2021 10:30 (UTC+04:00)

2022-ci ildə bir çox mahnı çıxaracağını deyən məşhur türk müğənni Ece Seçkin əksəriyyətinin çəkilişlərinin bitdiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yalnız birinin qaldığını dilə gətirən estrada müğənnisi donuz qripinə yoluxduğu üçün bunu tamamlaya bilməyib.

Ece Seçkin “Gələn il üçün ilk və ən böyük arzum hər kəsin həm fiziki, həm də ruhən sağlam olmasıdır. Uğur və xoşbəxtlik öz-özünə gələcək” - deyib.

Ayşən Vəli