2021-ci ilin ən dəbli ulduzu seçildi

29 Dekabr 2021 08:07 (UTC+04:00)

Moda redaktoru Klemmi Fildsend ənənəvi olaraq bitmək üzrə olan ilin ən dəbli ulduzunu seçib.

Onun fikrincə bu il qırmızı xalının ən dəbli ulduzu adına məşhur amerikalı aktrisa, müğənni və model Zendaya layiq olub.

Qeyd edək ki, Hollivud ulduzu “Dune” və “Spider-Man: No Way Home” filmlərinin nümayişi zamanı çoxsaylı dizayner geyimləri ilə göz qamaşdırıb.

Yeri gəlmişkən, 25 yaşlı aktrisa noyabr ayında da dəbli görünüşünə görə nüfuzlu “CFDA Fashion Icon Of The Year” mükafatını alıb.