Burnu ağzına girdiyinə görə əməliyyat olundu

29 Dekabr 2021 00:21 (UTC+04:00)

ABŞ-ın Nyu-York ştatında yaşayan Konrado Estrada adlı kişinin burnu infeksiyaya görə getdikcə böyüməyə başlayıb.

SİA xəbər verir ki, onun burnu dodaqlara qədər uzanıb və yemək yeməyə mane olub.

İllərdir bu şəkildə yaşayan 57 kişi plastik əməliyyatdan sonra normal buruna qayıtmağın sevincini yaşayıb.