İnsanların "ən köhnə dostu"

28 Dekabr 2021 17:11 (UTC+04:00)

İngiltərədə aparılan araşdırma nəticəsində məlum olub ki, itlər insanın "ən köhnə dostu"dur. SİA xəbər verir ki, Alimlər qrupu itlərin DNT-si üzərində aparılan araşdırmalar nəticəsində itlərin əhliləşdirilməsinin 11.000 il əvvələ təsadüf etdiyini aşkar ediblər. Bu kəşf itlərin insanlar tərəfindən əhliləşdirilən ən erkən heyvan olduğunu göstərib.
Tədqiqatçılar müxtəlif arxeoloji ərazilərdən olan 27 qədim it qalıqlarının bütün genomlarını təhlil ediblər. Onları da bir-biri ilə və müasir itlərlə müqayisə ediblər.

Tədqiqatda iştirak edən Oksford Universitetindən Qreqer Larson bildirib ki, itlər bizim ən qədim və ən yaxın ev heyvanlarımızdır: "Qədim itlərin DNT-dən istifadə etməklə, insan arasındakı dərin əlaqənin nə qədər keçmişə, nə vaxt və harada olduğunu anlamağa kömək etdi. İnsanlar ovçu və ya toplayıcı olanda itləri əhliləşdiriblər".

London İnstitutunun qədim genomika laboratoriyasının qrup rəhbəri Pontus Skoglund mövzu ilə bağlı verdiyi açıqlamada bildirib ki, bu hadisə əslində çox maraqlıdır: "Bütün insanlar ovçu olduqları zaman həqiqətən vəhşi ətyeyən bir heyvanı əhliləşdirirdilər. İtlər canavar kimi görünürdülər və dünyanın bir çox yerində olduqca qorxulu idilər".

Qeyd edək ki, itlərin bir qədim canavar nəslindən olduğu güman edilir.