İsraildə köçəri quşların təbii yuvası olduğu bildirilən Hola gölündə təxminən 5000 min durna "quş qripi" səbəbindən ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən İsrailin Ətraf Mühitin Mühafizəsi naziri Tamar Zandberg bildirib ki, qrip ölkə tarixində vəhşi təbiətə ən ciddi ziyan vurub. 5000 durna "quş qripi"ndən ölüb və zərərin ölçüsü hələ də bəlli deyil.
Zandberq epidemiyanın davam etdiyi təbiət parkında araşdırmalar aparıldığını və "quş qripi"nin yüz minlərlə toyuq və durnanın ölümünə səbəb olduğunu bildirib. İsrail Təbiət və Parklar İdarəsi açıqlamasında Hola Təbiət Parkında "quş qripi" epidemiyasının davam etdiyini və Hola gölünün ətrafında 5000 ölü quş olduğunu bildirib.
Səlahiyyətlilər göldə və ətrafında ölü quşların təmizlənməsi işlərinin aparıldığını və parkın yanvarın 1-dək ziyarətçilərə bağlı qalacağını bildiriblər. Səlahiyyətlilər həmçinin ölü quşlara toxunulmaması ilə bağlı əhaliyə xəbərdarlıq edib.