ABŞ-ın Kanzas ştatının Sedgwick şəhərindəki həbsxanada qalan 17 yaşlı qaradərili Sedrik Lofton işçilərlə mübahisədən sonra aparıldığı xəstəxanada dünyasını dəyişib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ədliyyə tibb orqanlarının hazırladığı yarılma hesabatında yeniyetmənin ölümünün qətl olduğu bildirilib.
İslah heyəti Loftonun həyatı üçün təhlükəli xəsarət almadığını iddia edib. Yarılma hesabatında isə şiddətə məruz qalan Loftonun qandallandığı, nəfəsinin və nəticədə ürəyinin dayandığı ifadə edilib.
Lofton sentyabrın 24-də həbsxananın işçiləri ilə mübahisə etdikdən sonra bir müddət əlləri qandallı saxlanılıb. Davada aldığı zərbələrdən xəstəxanaya aparılan gənc iki gün sonra dünyasını dəyişib. Lofton ailəsini təmsil edən insan haqları üzrə vəkil Endryu Strot deyib: "Ailə oğlunu və qardaşını itirdi, bu faciəli və haqsız ölümdür. Ailə qətlə cavab axtarmağa və bütün hüquqi tədbirləri görməyə davam edəcək".
Sedgwick rayon prokuroru Marc Bennet, ofisinin işi və yarılma hesabatını nəzərdən keçirmək üçün digər səlahiyyətlilərlə birlikdə işlədiyini söyləyib.