2022-ci il Su Pələnginin ilidir. Pələng aktiv heyvandır və buna görə də Çin ulduz falının bütün nümayəndələrindən təşəbbüs tələb edəcək. Özlərini passiv şəkildə göstərənlər bir çox şeylərdə uğur qazanmaq şansını əldən vermək riski ilə üzləşirlər. Mövzu ilə əlaqədar astroloq Sevda Paşayeva SİA-ya müsahibə verib.
Bəs 2022-ci il insanlara necə təsir edəcək?
2022-ci il Su Pələnginin ilidir. Məlumdur ki, Su Pələngi aktiv heyvandır və Pələng ili insanlardan təşəbbüs tələb edir. Bu il kifayət qədər aktiv keçəcək. Biz dünyamızda kifayət qədər hərəkətlər, dəyişikliklər görəcəyik. 2022-ci il Su Pələngi ili Od Pələngi kimi kəskin aktiv olmur. Burada su heyvanlarının illəri, adətən, daha emosional, düşüncəli, yaradıcı, səbirli olur. Su passiv qadın enerjisi daşıyır. 2022-ci ilin rəqəmlərinin cəmi 6 rəqəmini verir. “2” rəqəmi ayı “6” Venera planetini təcəssüm etdirir. Ay və Venera passiv qadın planetləridir. Ona görə də bu il digər pələng illəri qədər aktiv və kəskin keçməyəcək. Bu il cəmiyyətdə daha çox emosional enerji olacaq. Bu il yaradıcı insanlar üçün, incəsənət insanları üçün çox uğurlu olacaq. Yaradıcı sahələrdə inkişaf etmək üçün çox mükəmməl ildir.
- Bəs ilin hansı ayları daha uğurlu olacaq?
2022-ci ilin gedişatını 2 yerə bölmək olar. Yanvar ayından may ayına qədər və noyabr-dekabr aylarında bizi müxtəlif dəyişikliklər gözləyir. Yupiter balıqlar bürcündən keçəcək. May-noyabr isə Yupiter qoç bürcündə olacaq. İki rəqəmi həm də təzadlar rəqəmidir. Bu nöqteyi-nəzərdən də il iki yerə bölünəcək. Yupiter balıqdan keçəndə bəzi bürclərə uğur gətirəcək birinci 4 ay və sonuncu iki ay su və torpaq bürcünə yaxşı təsir edəcək. Qoç bürcü may-noyabr od və hava bürclərinə uğurlu zamandır. 2022-ci il müxtəlif vaxtlarda bütün bürclərə şans gətirəcək. İlin əvvəli sonu torpaq su orta hissəsi isə od-hava bürclərinə uğur gətirir.
Bu il hansı bürcün nümayəndələrini nə gözləyir?
Qoçlar üçün bu il uğurlar ilidir. İyun-Oktyabr ayları onlar üçün çox əlverişli, gözəl bir zamandır. Bu zaman işgüzar və aktiv qoçlar öz proyektlərini həyata keçirəcək, öz məqsədlərinə nail olacaq və cəmiyyətdə statuslarını yüksəldəcəklər. İlin 1-ci 4 ayı sağlamlıqlarını qorumaqları məsləhət görülür.
Buğalar üçün 2022-ci il taleyüklü il ola bilər. Yaz və payızda olacaq Günəş və Ay tutulmaları onlara birbaşa təsir göstərəcək və onların qabaqlar səpdikləri toxumlar tutulmalar zamanı öz barını verəcək. Bu nəticələrin yaxşı və ya pis olması hər kəsin niyyətindən, indiyədək gördüyü işlərdən asılıdır.
Əkizlər - may ayından sonra əkizlər üçün 2022-ci ilin uğurlu hissəsi başlayır. Bu zaman onlar uğurla böyük alqı-satqı məsələləri, xarici səyahətlər, xarici dilləri dərindən öyrənməklə məşğul ola bilərlər.
Xərçəng üçün 2022-ci il kifayət qədər təzadlı olacaq. İlin birinci yarısının uğurlu olması gözlənilir, ancaq iyundan başlayaraq Xərçənglər üçün neqativ təsirlər başlayır. Bir yandan işlərdə maneələr yaranır, digər tərəfdən onlar mənəvi sınaqlarla üzləşə bilərlər.
Şir üçün il asan olmayacaq. Şirlər bu il öz sağlamlıqlarına xüsusi diqqət etməli, özlərini xroniki xəstəliklərin kəskinləşməsi və infeksiyalardan qorumalıdırlar. May və Noyab aylarında olacaq ay tutulmaları şirlərə öz mənfi təsirini göstərə bilər. Ancaq tutulmalar arasındakı dövrdən səmərəli istifadə etmək və uğurlar qazanmaq şansı yüksəkdir.
Qarşıdakı il Qız bürcünün nümayəndələrinin ümidlərini doğrultmayacaq.
İlin birinci yarısı onlardan sağlamlığa diqqət və yarımçıq qalmış işləri davam etməyi tələb edəcək. Bu zaman ailədə və işdə müxtəlif çətinliklərin mümkünlüyünə hazır olmaq lazımdır.
Tərəzilərin yaradıcılıq və sevgi məsələləri üçün ilin 1-ci yarısı əlverişli olacaq. İlin ikinci yarısında Tərəzilər öz dediklərinə, yazdıqlarına, sosial şəbəkələrdə paylaşdıqlarına diqqətli olmalıdırlar. Yoxsa qanun onların əleyhinə işləyə bilər.
Əqrəbləri ilin 1-ci yarısında planların həyata keçməsi, sevgi, ailə və yaradıcılıq məsələlərində uğur gözləyir. Bu zaman hüquqi məsələlərin həlli, müqavilələrin imzalanması xeyir gətirəcək. İlin 2-ci yarısında sağlamlığa diqqət etmək, günəş və ay tutulmaları zamanı bir qədər ehtiyatlı olmaq məsləhət görülür.
Oxatanlar üçün 2022-ci il uğurlu il olacaq. Yaradıcılıq, xarici ölkələrə səyahətlər, dilləri dərindən öyrənmək və müxtəlif proyektlərdə onları uğurlar gözləyir. Oxatanların cəmiyyətdə hörməti və mövqeyi bu il xeyli yüksələ bilər.
Oğlaqlar qarşıdakı ilin ilk 5 ayı ərzində öz şəxsi və sosial məqsədlərini uğurla həyata keçirəcəklər. Bu zaman yeni başlanğıclar üçün çox əlverişlidir. Maydan sonra Oğlaqlar üçün ilin çətin, problemlər yarana biləcək dövrü başlanır. Bu vaxt qanunla konflikt, müqavilələrin pozulması ola bilər.
Dolça üçün ilin birinci yarısı mürəkkəb olacaq. Bu zaman dolçalar yalnız öz qabiliyyətlərinə, öz şəxsi imkanlarına arxalana bilərlər. İlin 2-ci yarısında vəziyyət xeyli yaxşılaşacaq, Dolçaların yeni biliklər almaq, gözəl münasibətlər başlamaq və maraqlı ideyalar üçün şansları artır.
Balıqlar üçün qarşıdakı ilin 1-ci yarısı təşəbbüslərin həyata keçirilməsi, yaradıcılıq, cəmiyyətdə mövqeyin möhkəmlənməsi üçün çox uğurlu olacaq. Bu gözəl şanslı ildə Balıqlar sağlamlıqlarına çox diqqətli olmağı unutmamalıdırlar.
2022-ci ildə pandemiya davam edəcəkmi?
2021-ci il pandemiyanın davam etməsi müxtəlif təbii fəlakətlər meşə yanğınları, qasırğalar baş verdi. Bu il artıq arxada qalmaq üzrədir. 2022 də bu vəziyyət davam edəcək. Daşqınların və bu kimi təbii fəlakətlərin olması sözsüz ki, labüddür. Pandemiyaya gəldikdə isə tamamilə aradan qalxması çətin məsələdir. Ancaq mart-aprel aylarında bütün dünyada Covid-19 dan dünyasını dəyişənlərin sayı xeyli azalacaq. Bu sahədə xeyli yüngülləşmə olacaqdır. İnsanların əvvəlki qorxusu olmayacaqdır. Karona artıq insanlara normal qrip kimi gələcək. Lakin karantin hələ də bizim həyatımızda olacaq.
2022-ci ildə cəmiyyətin iqtisadi vəziyyəti necə olacaq?
Təəssüflər olsun ki, son illər iqtisadi vəziyyət pisləşib. Bunun da əsas səbəblərindən biri Saturun və Uran arasındakı uzunmüddətli gərginliklərə səbəb olub. Uran 3 ildir ki, Buğa bürcünün üstündən keçir və buğa bürcü insanların maddi sərvətlərinə təsir göstərən bürcdür. Vəziyyətin stabilliyini pozur. Bu aspekt 2021-ci ildə özünü göstərdi. Buna görə insanların maddi vəziyyəti pisləşib. Təəssüflər olsun ki, bu vəziyyət iqtisadi gərginlik 2022-ci ildə davam edəcək. Lakin bu, fasilələrlə baş verəcək. İqtisadi gərginlik 2023-cü ilə doğru düzəlməyə davam edəcək.