Şərqi Zəngəzur və Qarabağ regional mədəniyyət mərkəzləri yaradılacaq

28 Dekabr 2021 12:42 (UTC+04:00)

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında regional mədəniyyət mərkəzlərinin yaradılması nəzərdə tutulur.

SİA-nın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu, məsələ 2030-cu ilədək dövr üçün Azərbaycan Respublikasının mədəniyyət strategiyasında nəzərdə tutulub.