7 nəfər həyatını itirdi

28 Dekabr 2021 12:52 (UTC+04:00)

Dünən səhər Kolumbiyada hərəkət edən avtobus idarəetmədən çıxaraq uçurumdan aşağı yuvarlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həyatını itirib, 20 nəfər yaralanıb. Xəsarət alan vətəndaşlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisə yerinə gələn qruplar işlərini davam etdirir. Mövzu ilə bağlı açıqlama verən San Luis Bələdiyyə başçısı Henry Suarez, "Hazırda qəzaya nəyin səbəb olduğuna dair qəti bir dəlil yoxdur. Bunun mexaniki nasazlıqdan qaynaqlandığı düşünülür" -deyə qeyd edib.