"İslama görə mövlud günlərini qeyd etməyin heç bir qəbahəti yoxdur". Bu sözləri SİA-ya açıqlamasında ilahiyyatçi alim İbrahim Quliyev deyib.
Din xadimi bu barədə fikirlərini belə izah edib: "Milad bayramı həzrət İsanın mövlud mərasimi olduğundan, onun keçirilməsində bir günahın olmadığını düşünürük. Bu haqda böyük din alimlərinin, dini mərkəzlərin açıqlamaları da bunu göstərir. Milad bayramında insanların bir-birlərini ziyarət etmələri, bir-birlərinə hədiyyə vermələri bəyənilən əməllərdəndir. Lakin burada da çalışmaq lazımdır ki, digərlərinin mədəniyyətini deyil, öz mədəniyyətimizə, milli və dini ruhumuza uyğun hərəkət edək, Uca Allahın qadağan etdiyi hər hansı bir günaha düçar olmayaq. Təəssüf hissi ilə qeyd edək ki, insanlar bəzən milad bayramını İslamın haram etdiyi adət-ənənələr, yemək-içməklə qeyd edir. Bu isə yolverilməzdir. Həmçinin, israfçılığa yol vermək, insanları narahat edəcək hərəkətlər etmək İslami baxımdan doğru deyildir".