Aktrisa ayağındakı zədənin əyləncəsinə mane olmadığını dedi

28 Dekabr 2021 11:07 (UTC+04:00)

Britaniyalı aktrisa Elizabet Hurli Milad bayramını evdə qeyd edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 27 ildir birlikdə çalışdığı "Versace"nin yeni dizaynını geyinən aktrisa ayağındakı zədənin əyləncəsinə mane olmadığını bildirib.

Hurli keçən həftə Karib dənizində tətildə olarkən topuğundan zədə aldıqdan sonra hələ də ayağını işlədə bilmir.

Ayşən Vəli