Paytaxt məktəblərində 145 qazi və şəhid ailəsi üzvü işlə təmin edilib

28 Dekabr 2021 10:35 (UTC+04:00)

Paytaxt məktəblərində 145 nəfər şəhid və qazi ailəsinin üzvü işə qəbul olunub.

Bu barədə SİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində şəhidlərin ailə üzvləri, qazi və Vətən müharibəsi iştirakçılarının işə qəbulu diqqət mərkəzində saxlanılır.

2021-ci ildə müvafiq müraciətlər əsasında vakant yerlər üzrə 145 nəfər işlə təmin olunub", - məlumatda deyilir.