Bu dərmanın istifadəsinə icazə verildi

27 Dekabr 2021 18:31 (UTC+04:00)

Cənubi Koreya ABŞ-ın Pfizer əczaçılıq şirkəti tərəfindən Covid-19-a qarşı hazırlanmış ağızdan qəbul edilən dərmana “təcili istifadə” icazəsi verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreya Dərman Təhlükəsizliyi Agentliyindən verilən açıqlamada, Pfizer tərəfindən Covid-19-un müalicəsi üçün hazırlanan dərmana icazə verildiyi bildirilib.