Bu şəxslər Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildi

27 Dekabr 2021 12:48 (UTC+04:00)

“Azərbaycan Respublikasının vətəndaşlığına qəbul haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 325 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası vətətəndaşlığına qəbul edilib.

Miqrasiya Xidmətinin mətbuat katibinin SİA-ya verdiyi məlumata görə, bu şəxslərdən 31 nəfəri Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, o cümlədən şəhid olmuş hərbi qulluqçuların ailə üzvləridir.