Doğuşdan sonra idman etmək olar? - HƏKİM AÇIQLADI

27 Dekabr 2021 12:17 (UTC+04:00)

Sağlamlığınızı yaxşılaşdıran və əhvalınızı yüksəldən idman hərəkətləri bədəninizin tez forma almasına kömək edir. Ancaq yeni analar bu mövzuda diqqətli olmalıdırlar. Buna görə vaxt ayırın və düzgün fəaliyyətləri seçin. SİA məsələ ilə bağlı cərrah, mama-ginekoloq Ləman Əliyevanın fikirlərini öyrənib.

Onun sözlərinə görə, keysəriyyə əməliyyatından sonra idmana başlamağa icazə verilmir: "Yəni, müəyyən bir müddət icazə verilmir. İlk 4-6 ay ərzində idman qadağandır. Çünki əməliyyatda qarının qatları kəsilir, tikilir, tikiş yerləri var və bu tikiş yerlərinin tam olaraq birləşməsi, yerinə oturması üçün 4 ay müddətində idman etmək olmaz".

Həkim sözlərinə belə davam edib: "Amma normal doğuşdan sonra da həmən idmana başlamaq olmaz. Uşaqlığın tam olaraq yığılması və yerinə oturması üçün minimum 1 ay keçməlidir. 40 gündən sonra isə normal şəkildə idmanına davam edə bilər".

Ayşən Vəli