Ankarada fəvvarə aysberqə çevrildi

26 Dekabr 2021 06:58 (UTC+04:00)

Havanın kəskin soyuması nəticəsində Ankaradakı Kuğulu parkda fontan aysberqə çevrilib.

SİA xəbər verir ki, fontanlar şaxtalı havaya rəğmən parkda sutka ərzində dayanmadan işləyir.

Gecələr havanın temperaturu -8 dərəcə Selsiyə endiyi üçün fontan buz bağlayıb. Buna görə də bələdiyyə işçiləri parkdakı quşları yemləyir və onlar üçün buzu yarırlar.