Hər gün insanabənzər robot texnologiyasında yeni bir addım atılır. SİA xarici mətbuata istinadən xəbər verir ki, dünyada bir çox şirkət gündəlik həyatda istifadə üçün insanabənzər robotları bazara çıxararkən, Engineered Arts tərəfindən hazırlanan robot sosial medianın gündəmini zəbt edib. Dünyanın ən qabaqcıl insanabənzər robotu olaraq tanınan Ameca adlı robotu İngiltərədəki laboratoriyasında nümayiş etdirən şirkət, xüsusilə robota yüklədiklərini danışıb. Ameca-nı dünyaya tanıtdıqları anları Youtube hesabında paylaşan Engineered Arts, insanabənzər robota yüklədikləri "şəxsi məkanı pozan" reaksiyası ilə böyük diqqət çəkib. Realist üz ifadələri və mimikası ilə diqqət çəkən Ameca əsəbi rəftarı ilə diqqət çəkib. Ona çox yaxınlaşanlardan narahat olan Ameca hirsli reaksiyalar da verir. Şəxsi məkanını qorumaq üçün proqramlaşdırılmış Ameca onun icazəsi olmadan üzünə toxunanların əllərini hirslə tutur və itələyir.