Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür. Cənab Prezidentin əldə etdiyi nailiyyətlər xalq tərəfindən bəyənilir. 18 ildir ki hörmətli Prezident doğum gününü hakimiyyətdə qeyd edir. Bu münasibətlə Paytaxt sakinləri arasında SİA olaraq sorğu keçirdik. Sorğunu sizə təqdim edirik:
Paytaxt sakini Məhəmməd Abdinov: Cənab Prezidenti bu gözəl gün münasibətilə təbrik edirəm. Ona cansağlığı uzun ömür arzulayıram. İşlərində uğurlarının davamını diləyirəm.
Paytaxt sakini Məhəmməd Zülfüqarlı: "Cənab
prezidentin fəaliyyəti göz qabağındadır. Ona ad günü münasibətilə cansağlığı uzun ömür arzulayıram".
Paytaxt sakini Arif Ciner: “Cənab Prezident fəaliyyəti ilə xalqın könlündə taxt qurub. Onu bu xoşbəxt gündə təbrik edirəm. Belə Prezidentin olması qürur hissi verir”
Paytaxt sakini Zenfira
Seyidova:“Millətimiz Prezidentimizin sayəsində artıq torpaq problemindən xalq olaraq azad olmuşuq. Artıq hər yerdə anlıq açıq gəzir. Azərbaycanlı olduğumuzdan həmişəkindən çox fəxr edirik”.
Paytaxt sakini Yaşar Seyidov: “ Ad günü münasibətilə hörmətli Prezidenti səmimi qəlbdən təbrik edirik. Onun fəaliyyəti xalqın başını daim uca edib. Onunla fəxr edirik”.
Paytaxt sakini Səidə Əzizova: “Cənab Prezident barədə ancaq ən müsbət hislər bəsləyirik. Onun Qarabağı geri qaytarması bizə ən böyük hədiyyə olub. Onu ad günü münasibətilə təbrik edirəm".