"Evdə bunun zarafatı çox edildi"

24 Dekabr 2021 15:17 (UTC+04:00)

"Youtube"da İbrahim Səlimin verilişinin qonağı olan aktyor Mert Yazıcıoğlu sevgilisi Afra Saraçoğlu haqqında danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Mert, “Afranın draması efirə çıxanda bizimkilərin reytinqi düşdü, ona görə də ləğv olundu. Evdə bunun zarafatı çox edildi. Əsəbləşirəm” dedi.

2021-ci ilin çətin bir il olduğunu bildirən Mert, “Bu ilin əvvəlində kar oldum. Sol qulağımın 30 faizi getdi. İyul ayında üzüm iflic olmuşdu. Elə oradan keçərkən it mənim əlimi qapdı” dedi.

Ayşən Vəli