"Qeyd etmək lazımdır ki, 18 ildə cənab Prezident Azərbaycanı böyük bir əsrə bərabər inkişaf yoluna gətirib çıxarıb. Yəni, son illər Azərbaycanda bir çox mühüm addımlar atılıb, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün davamlı olaraq cənab Prezidentlə müxtəlif layihələr həyata keçirilib. Minimum əməkhaqqı, maaşlar dəfələrlə qaldırılıb və biz qeyd edə bilərik ki, son bu bir ildə də yəni, bir neçə gün bundan əvvəl də cənab Prezident yenidən bu məsələyə baxdı. Minimum əməkhaqqı radikal bir şəkildə 250-dən 300 manata qaldırıldı. Mən hesab edirəm bu çox mütərəqqi addımdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, pensiya, təqaüd, müavinətlər artırılıb: "Xüsusilə də təqaüd və müavinətlərlə bağlı deyə bilərik ki, son artıma əsasən 732 min nəfər bu məsələdən bəhrələnə biləcək və istifadə edə biləcək. Bu da hesab edirəm ki, çox mühüm bir mütərəqqi bir addımdır. Eləcə də, minimum əməkhaqqının qaldırılması 800 min insanı əhatə edəcək. Bu da çox vacib bir məsələdir".
Deputat sözlərinə belə davam edib: "Tələbələrin, doktorantların, magistrantların maaşları qaldırıldı. Ümumiyyətlə, qeyd edə bilərik ki, bu günlə 2003-cü ilin Azərbaycanı arasında çox böyük bir fərq var. Bu gün Azərbaycan əhalisinin rifah halı daha da yaxşılaşdırılıb, insanlar daha da yüksək səviyyədə yaşayır, Azərbaycanın siması dəyişib. Azərbaycan bugün bu siyasət nəticəsində bir çox addımlar atır. Yəni, biz pandemiya ilə mübarizəni də qeyd edə bilərik ki, bugün bu sahədə də Azərbaycan ən uğurlu, ən effektli siyasət keçirən ölkələrdən biridir.
Azərbaycanda mədaxil məhsul dəfələrlə qalxıb, dəfələrlə Azərbaycanda bu sahənin inkişafına çox böyük töhfələr verilib, şərait yaradılıb. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün 100 minlərlə evlər tikilib, Azərbaycandakı çadır şəhərcikləri tamamilə aradan qaldırılıb. Bugün ən yüksək səviyyədə bizim qaçqın və məcburi köçkünlərimiz dövlətin diqqəti və qayğısı ilə əhatə olunublar və bugün biz bunu görürük ki, cənab Prezident necə bu sahəyə, bu məsələlərə bu qədər həssas və diqqətlə yanaşır. Sosial müavinətlər, pensiyalar dəfələrlə artırılıb. Yəni, ümumən götürdükdə 2003-cü illə bugünkü Azərbaycanın arasında çox böyük bir fərq var, həm iqtisadi baxımdan, həm siyasi baxımdan, həm sosial baxımdan. Bugün Azərbaycan vətəndaşları özlərini daha yaxşı hiss edirlər, daha yüksək şəraitdə yaşayırlar və bu da ümumilikdə götürdükdə bir daha o məsələyə gəlir ki, ölkəmizin inkişafına, tərəqqisinə mühüm töhfə verə biləcək məsələlərdən biridir və Azərbaycan xalqı bugün bu siyasət sahəsində bütün sahələrdə öz inkişaf dövrünü, mərhələsini yaşayır, xüsusilə də biz bunu sosial sahə ilə bağlı qeyd edə bilərik ki, o sosial sahədə də bizim belə güclü, möhkəm, böyük uğurlarımız var".
Ayşən Vəli