"Bu zəfər birmənalı olaraq təhsilin bütün sahələrinə siraət edəcək. Bu zəfər Azərbaycan gəncliyi böyük dönüş nöqtəsidir. Müharibə dövründə münaqişə zonasında Azərbaycana qarşı edilən vandalizm bütün sahələrə olduğu kimi təhsil sahəsinə də təsir edib. İşğaldan azad edilmiş torpaqlarda tikiləcək məktəblər ən müasir infrastruktura sahib məktəblərdən olacaq. Zaman dəyişdikcə təhsilin də dəyişməsinə ehtiyac yaranır". SİA-nın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” mövzusunda elmi-praktik konfransda Təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, həmin ərazilərdə peşə təhsilinə olan tələb artacaq: "Bu il Bərdə şəhərində açılışı baş tutmuş Bərdə Peşə Təhsili mərkəzində qurulmuş infranstruktur ixtisaslı mütəxəssislərin hazırlanmasına böyük rolu olacaq".
E.Əmrullayev vurğulayıb ki, Qarabağda həyata keçirilən layihələrin tətbiqi özlüyündə elmi araşdırmalar tələb edir: "Bu da ali təhsil müəssiləri üçün elmi tətqiqatların aprılmasına imkan yaradacaq.