"90-cı illər üçün darıxanlara səhnədə yüksək enerji verəcəm"

24 Dekabr 2021 10:42 (UTC+04:00)

Məşhur türk sima Yonca Evcimik 2022-ci ilə sürətlə daxil olur. SİA xarici mətbuata istinadən xəbər verir ki, yanvar ayından etibarən "Yonca Bizi 90-lara aparsın" səhnə performansları çərçivəsində Türkiyəni gəzəcək olan Yoncimik rəqqasları ilə gözəl şou hazırlayıb.

Sürpriz geyimləri və rəqsləri ilə hit mahnılarını ifa edəcək müğənni “90-cı illər üçün darıxanlara səhnədə yüksək enerji verəcəm. Hər an hər şey ola bilər”, - deyə bildirib.

Ayşən Vəli