Ötən axşam Levent Özdilek AVM-də məşhur türk sima Banu Zorlunun prodüseri olduğu “Dalğalar və İzlər” filminin qala gecəsi keçirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ana və qızının dramından bəhs edən filmdə baş rollarda məşhur aktrisa Pelin Karahan, Meral Çetinkaya, Damla Alibeşe, Hülya Duyar, Qoncagül Sunar, Ayda Zorlu Nebioğlu və Aslı Saçar çəkilib.
Banu Zorlu “Biz çox iddialıyıq, bütün mükafatlara can atırıq” deyib.
Pelin Karahan da “Bu, mənim ilk filmimdir. Mən həmişə bu anı xəyal etmişəm. Biz əla iş gördük” dedi.
Ayşən Vəli