Neft emalı zavodunda yanğın baş verib - FOTO

23 Dekabr 2021 18:19 (UTC+04:00)

ABŞ-ın Texas ştatının Baytovn şəhərində yerləşən "ExxonMobil" neft-qaz şirkətinin neft emalı zavodunda yanğın baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqadası, təcili yardım və polis qrupu sövq edilib.

"ExxonMobil"dən verilən açıqlamaya görə, yerli vaxtla saat 01:00 radələrində baş verən yanğın benzin istehsal edən bölməni əhatə edib. Hadisə nəticəsində 4 nəfər yaralanaraq xəstəxanaya aparılıb.