Ötən bazar ertəsi Şərqi Afrika ölkəsi Madaqaskarda yük gəmisinin batmasından sonra axtarış-xilasetmə işlərinə başlanılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, sərnişin daşımağa icazəsi olmayan yük gəmisi Antserakadan Soanierana-İvonqoya yola düşüb. Rəsmilər batan yük gəmisinin mühərrikində texniki nasazlıq olduğunu və nəticədə batdığını, göyərtəsində 138 nəfərin olduğunu və yalnız 50 nəfərin xilas edildiyini bildirib.
Bələdiyyə sədri Alban Menavolo gəmidə həyatını itirənlərin əksəriyyətinin yerli sakinlər olduğunu və həyatını itirənlərə görə çox üzgün olduğunu bildirib. Madaqaskarda batan yük gəmisində axtarış-xilasetmə işlərində iştirak etmək üçün bazar ertəsi bölgəyə gedən polis naziri Serj Gellenin helikopteri də qəzaya uğrayıb və nazir 12 saat üzərək sağ qaldığını bildirib.