ABŞ-ın patrul gəmiləri Ərəb dənizinin şimalında əməliyyat keçirib

23 Dekabr 2021 12:34 (UTC+04:00)

ABŞ donanmasının İrandan Yəmənə getdiyi güman edilən balıqçı gəmisindən xeyli miqdarda tüfəng və sursat ələ keçirdiyi bildirilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin patrul gəmiləri Ərəb dənizinin şimalında Oman və Pakistan sahillərində üzən balıqçı gəmisində əməliyyat keçirib. 5 yəmənli ilə balıqçı gəmisinə gedən dənizçilər 1400 Kalaşnikov və 226 min 600 mərmi müsadirə ediblər. ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən 5-ci Donanmasından verilən açıqlamada balıqçı gəmisinin Yəməndəki Husilərə qeyri-qanuni silah daşımaq üçün istifadə edilən marşrutda üzdüyü, İranın isə mülki sahədə husilərə silah göndərməkdə günahlandırıldığı bildirilib.