"Sağlam olsam, yenə prezident seçkilərində iştirak edəcəm"

23 Dekabr 2021 07:31 (UTC+04:00)

Ağ Evin hazırkı rəhbəri Cozef Bayden 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində respublikaçı Donald Trampla mübarizə aparmağa hazır olduğunu açıqlayıb.

SİA-nın məlumatına görə, hazırkı ABŞ prezidenti bunu "ABC" telakanalına müsahibəsində deyib.

"İndiki kimi sağlam olsam, yenə prezident seçkilərində iştirak edəcəyəm", - deyə C.Bayden bildirib.

Aparıcının ABŞ-ın 45-ci prezidenti Donald Tramp ilə mümkün seçkiqabağı yarış ilə bağlı sualına Cozef Bayden müsbət cavab verib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2020-ci ilin 3 noyabr tarixində keçirilib. Demokrat Cozef Bayden seçkilərdə qələbə qazanıb.