İlk SMS mesaj hərracda satılıb

23 Dekabr 2021 04:45 (UTC+04:00)

Fransada keçirilən "Aguttes" hərracında dünyada göndərilən ilk sms mesaj satılıb.

SİA-nın verdiyi məlumata görə, SMS mesaj NFT formatında 132 680 avroya satılıb.

SMS mesajda "Merry Christmas" mətni olub. Belə ki, 1992-ci ilin 3 dekabr tarixində "Vodafone" şirkətinin mühəndisi Nil Papuort bu mesajı öz həmkarı Riçard Carvisə göndərmişdi.

Anonim qalmaq istəyən alıcı mesajın göndərildiyi orijinal rabitə protokolunu, həmçinin mesajın təsviri olan rəqəmsal çərçivəni alıb.