Puldan “yolka” quraşdırıldı...

23 Dekabr 2021 00:56 (UTC+04:00)

Odessa vilayətinin Dobroslav şəhərində 5 qəpiklik sikkələrdən üç metrlik yolka quraşdırılıb və o, Ukraynanın Rekordlar kitabına daxil edilib.

SİA xəbər verir ki, 5 qəpiklik sikkələrdən hazırlanmış üç metrlik ağacın müəllifi Kirill Maksimenkodur.

Ukraynanın Milli Rekordlar Reyestrinin rəhbəri Lana Vetrovanın sözlərinə görə, belə orijinal yolka düzəltmək üçün nominal dəyəri 5 qəpik olan 9800 qəpik lazım olub.