Böyük Britaniyada son 24 saat ərzində 106 min 122 yeni koronavirusa yoluxma halı aşkarlanıb və gündəlik yoluxmaların sayında rekord qırılıb. SİA xəbər verir ki, bütün dünyanı zəpt eləmiş koronavirus 2 ildən çoxdur ki, davam edir. Böyük Britaniyada covid-ə qarşı ciddi tədbirlər görülsə də gün keçdikcə virusa yoluxanların sayı artır.