Pərəstişkarları ona “Dəmir yumruq” ləqəbi veriblər

22 Dekabr 2021 17:04 (UTC+04:00)

Məşhur türk müğənni Ece Seçkin 2015-ci ildə "Follow Me" mahnısının klipində əlcək geyinib və boksda olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bunun üçün 1 ay boks dərsi alıb.

İllər sonra rinqə qayıdan müğənni bu dəfə idman üçün yumruqlar atır. Ötən gün salona daxil olan Ece Seçkin kəndirlə tullanaraq isinmə hərəkəti edib. Sonra fitnes məşqçisinin göstərişi ilə ən sərt yumruqlarını atdı. Onun pərəstişkarları dərhal Seçkinə “Dəmir yumruq” ləqəbi veriblər.

Ayşən Vəli