Barak Obama tətildə görüntülənib

22 Dekabr 2021 15:46 (UTC+04:00)

ABŞ-ın sabiq prezidenti Barak Obama hər il olduğu kimi ailəsi ilə birlikdə Yeni il tətilinə doğma şəhəri Havay adalarına gedib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Obamanı qızları Saşa və Maliya müşayiət edirdi.

Sabiq birinci xanım Mişel Obama çimərlikdə görünməyib. Harvard Universitetinin məzunu olan Malia hazırda Amazon-un məzmun komandası ilə işləyir. Saşanın Miçiqan Universitetində təhsili davam edir.

Ayşən Vəli