ADNSU tədqiqat və kompüter elmləri sahəsində Azərbaycanda bir nömrədir

22 Dekabr 2021 12:04 (UTC+04:00)

İspaniyanın nüfuzlu SCImago Institutions Rankings - Qlobal reyting təşkilatının 2021-ci il üçün keçirdiyi rəy sorğusuna əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Şərqi Avropa ölkələri üzrə tədqiqat istiqamətində 459-cu sırada olmaqla Azərbaycan universitetləri arasında birinci yerdə qərarlaşıb. Tərtib edilmiş siyahıda həm dünya, həm Şərqi Avropa ölkələrindən müxtəlif universitetlər, həm də ölkə daxilində Azərbaycandan üç universitetin - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Tibb Universitetinin adı yer alıb.

Regional və qlobal elmi bazaların indeksləşdirmə sistemlərində yer alan bir universitetin ölkə, regional və dünya səviyyəsində sıralanması zamanı öncə həmin ali təhsil müəssisənin alimlərinin elmi məqlələrinin, jurnallarının, patent və digər nəşrlərinin “Scopus", "Web of Science" kimi elmi bazalara daxil olaraq indeksləşməsi əsas götürülür. Bundan əlavə, universitetlərin reytinqləri tədqiqat işləri, yetişdirdiyi kadr potensialı, əcnəbi və yerli tələbə sayı, elmi ədəbiyyatı, kitabxana bazası və digər vacib nüanslar nəzərə alınmaqla müəyyən olunur.

SCImago Institutions Rankings -Qlobal reyting təşkilatı da bu və ya digər parametrləri nəzərə alaraq universitetlərin reytinqlər siyahısını tərdib edib və təşkilat universitetlərdən "Scopus” beynəlxalq elmi bazasında məqalələrin dərci və istinadlara əsasən 2021-ci il üçün yeni siyahını tərtib edib. ADNSU ümumi istiqamətlər üzrə dünya universitetləri arasında 855- ci sırada yer almaqla Azərbaycandan ikinci sırada qərarlaşıb:

https://www.scimagoir.com/rankings.php?sector=Higher+educ.&country=AZE

Qeyd edək ki, birinci yerdə Bakı Dövlət Universiteti və üçüncü yerdə Tibb Universiteti yer alıb. Onu da xatırladaq ki, ADNSU tərtib olunmuş siyahıda ikinci yerdə göstərilsə də, professor-müəllim heyətinin sayı və "Scopus” beynəlxalq elmi bazasında məqalələrin dərci nisbətinə görə birinci sırada adını qeyd etdiyimiz ali təhsil müəssisəsindən heç də geridə qalmır. Yəni universitet göstərilmiş istiqamətlər üzrə məqalələrinin hər adambaşına düşən sayına görə yox, ümumi sayına görə ikinci sradadır.

Təşkilatın Şərqi Avropa ölkələri üzrə apardığı araşdırmalara görə elmi sahələr üzrə ADNSU 855-ci sırada olmaqla ikinci yerdə olsa da, tədqiqat sahəsi üzrə birici yerdə - (459) - qərarlaşıb:

https://www.scimagoir.com/rankings.php?sector=Higher+educ.&country=AZE&ranking=Research

Bundan əlavə tərtib olunmuş siyahıda ADNSU 686-cı sırada yer olmaqla Kompüter elmləri üzrə də birinci sırada qərarlaşıb:

https://www.scimagoir.com/rankings.php?sector=Higher+educ.&country=Eastern+Europe&ranking=Innovation&area=1700

SCImago Institutions Rankings təşkilatı universitet və elm mərkəzlərini onların elmi-tədqiqat fəaliyyətinin nəticələri, innovasiyalara verdiyi töhfə və İnternet şəbəkəsindəki reprezentativlik səviyyəsinə görə ranqlaşdırır. Reytinqdə yer almaq üçün əsas şərtlərdən biri son bir il ərzində SCOPUS bazasına daxil olan elmi jurnallarda ən azı 100 elmi məqalənin dərc olunmasıdır.