""Media haqqında" qanunun əleyhinə olanlar ölkədə rəqəmsal medianın inkişafına qarşı olanlardır". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Vüqar Əhmədov bu barədə fikrini belə izah edib: "Çünki ölkədə azad media var, azad internet var, lakin bu azadlıqlardan sui-istifadə edən qüvvələr var, hansı ki, reket jurnalist şəbəkəsi formalaşdırıb. Yeni qanun bu halların qarşısını alacaq, hər yerindən duran özünə jurnalist deyib kimi istədi şantaj edə bilməyəcək. İllərdir bu sahədə boşluqlar formalaşıb, təsadüfi adamlar özlərinə bir "xəbər saytı" açıb adını jurnalist qoyur, ağlına gələni də yazır. Bu sahədə təkmilləşmələrə böyük ehtiyac var. Bir qrup insana hazırda media sahəsində hökm sürən pərakəndəlik sərf edir, bu vəziyyətdən istifadə edib özlərinin sosial şəbəkələrdə və rəqəmsal mediada şəxsi maraqlarını həyata keçirirlər, yeni qanun artıq bu cür özbaşınalıqların qarşısını alacaq".