Müəllimlərin işə qəbulu bu prinsiplə həyata keçiriləcək - NAZİR AÇIQLADI

21 Dekabr 2021 11:12 (UTC+04:00)

"Dövlət uşaq bağçalarında tədris aparacaq müəllimlərin işə qəbulu tətbiq olunan oxşar prinsiplə həyata keçiriləcək". SİA-nın verdiyi məlumata görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsillə bağlı sərəncamlarına dair təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, həmin müəllimlərin və ya tərbiyəçilərin müxtəlif ixtisasartırma kurslarına cəlbi də mümkündür: "Məzmun dəyişiklikləri də olmalıdır".