"Bu gün təhsil sistemi müəyyən səbəbdən mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərir". SİA-nın verdiyi məlumata görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsillə bağlı sərəncamlarına dair təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, dövlət məktəbəqədər təhsil müəssisələrində vahid məlumat bazası mövcud deyildi: “Daha çox özəl sektorun sayının artırılması, alternativ təhsil müəssisələri ilə bağlı addımlar atılmalıdır. Dövlət məktəblərində 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi 80%-dən yuxarıdır. Uşaqlar bir il daha tez tədrisə başlayırlar. Ancaq uşaq nə qədər tez tədrisə başlasa gələcək fəaliyyəti üçün vacibdir. Amma bu elə başa düşülməsin ki, 1-ci sinfə bir il tez başlanılacaq".