Azərbaycanda regional təhsil idarələri yaradılacaq - TƏHSİL NAZİRİ AÇIQLADI

21 Dekabr 2021 10:06 (UTC+04:00)

"Növbəti aylar üzrə bildiyimiz kimi cənab Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə Azərbaycanda regional təhsil idarələrinin yaradılması nəzərdə tutulub”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsillə bağlı sərəncamlarına dair təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Onun sözləri görə, prinsip etibarilə bu struktur yerlərdə təhsil şöbələrinin ləğv edilməsi anlamına gəlmir: "Onlar idarələrin tabeliyində fəaliyyət göstərəcək. Yeni idarələr imkan verəcək ki, təhsil fəaliyyəti vahid formada olsun”.