“Təhsil səviyyəsinin, keyfiyyətinin artırılmasında məktəbəqədər təhsil müəssisələrinin böyük rolu var”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsillə bağlı sərəncamlarına dair təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycanda son illər bu sahədə ciddi uğurlar əldə olunub. Bu sahədə əhatəliliyin artırılması istiqamətində mühüm işlər görülüb. Ölkədə 1825 uşaq bağçası var ki, onlardan 1692 dövlətdir. Orada 126 mindən çox uşaq tərbiyə alır. 133 özəl bağça var ki, orada 5124 uşaq var”.