Geri qaytarılmış hərbi quluqçuların adları açıqlanıb

20 Dekabr 2021 23:15 (UTC+04:00)

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu gün geri qaytarılmış hərbi quluqçuların adını açıqlayıb.

SİA xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.

Aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların bu gün geri qaytarılması təmin olunmuşdur.