Yapon milyarderin kosmos səyahəti sona çatdı

20 Dekabr 2021 22:28 (UTC+04:00)

Yapon milyarder Yusaku Maezava 12 günlük kosmosa səyahətini tamamlayaraq yerə qayıdıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Dekabrın 8-də köməkçisi Yozo Hirano və rusiyalı kosmonavt Aleksandr Misurkinlə Qazaxıstanın Baykonur kosmodromundan kosmosa səyanəti başlayan Yapon milyarder 46 yaşlı Yusaku Maezava yenidən Qazaxıstana ayaq basıb.

Yusaku Meazawa YouTube kanalında 12 gün davam edən kosmos həyatına dair məlumatlar paylaşmışdı. Platformadakı 1 milyon izləyicisinə kosmosda dişləri fırçalamaq və duş qəbul etmək barədə danışmışdı.