"Qarabağla bağlı müharibələr gözlənilmir. Keçən ildə qeyd etdiyim kimi, kiçik terror əməliyyatları baş verə bilər. Lakin böyük müharibələr olmayacaq". Bu sözləri SİA-ya açıqlamasında astroloq Səbuhi Rəhimli bildirib.

Onun sözlərinə görə, yeni ildən etibarən Zəngəzur dəhlizi açılacaq, yəni Naxçıvana gediş-gəliş Zəngəzur dəhlizi vasitəsilə həyata keçəcək: “Covid-19 pandemiyası bu ildə davam edəcək. Lakin ilin ikinci yarısında yumşalmalar gözlənilir. Ötən ilki proqnozumda mayın sonlarında qismən karantin rejimində müəyyən dəyişikliklərin olacağını bildirmişdim. Məhz elə may ayında Azərbaycanda toyların keçirilməsinə icazə verildi, küçədə maska taxmaq qadağası aradan götürüldü, təyyarə reyslərinə icazə verildi, Avropada eləcə də Rusiyada qatarlar işə düşdü və s. faiz əmsalı ilə desək, dünyada virusun təsiri 60 faizdirsə, yeni ilin bu çağlarında artıq 20 faizə enəcək. Sadəcə olaraq bu idarə olunan xəstəlikdir deyə bu haqda tam proqnoz vermək olmur. Bu idarə olunan xəstəlik olduğu üçün bu haqda tam dəqiq danışmaq mümkün deyil".
Banuçiçək Hüseynli