Koronavirus epidemiyası bütün dünyanı təsir altına almaqda davam edərkən, məşhur adların epidemiya haqqında dedikləri də gündəmdədir. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da yaşayan məşhur teleaparıcı Maurielle Luenin koronavirus ilə bağlı sözləri çox danışılıb. Koronavirusa yoluxduqdan sonra dad və qoxu hisslərini itirən məşhur, sağaldıqdan sonra bu hisslərinin bərpa olunacağını düşünsə də, işlər onun istədiyi kimi getməyib. Lue, bir gün şorba içərkən həyatındakı dəyişiklikləri hiss edib. Şorbadan banan və pişik sidiyi kimi qoxu gəldiyini ifadə edən Lue, bu vəziyyəti gündəlik həyatının hər sahəsində yaşamağa başlayıb. Evində pişiyi olduğu üçün pişik sidiyi qoxusuna bələd olduğunu bildirən Lue, bu kəskin qoxunu alış-verişə getdiyi mağazada, yolda gəzərkən və hətta həyatının hər yerində hiss edib. Pişik sidiyi kimi bütün qoxuları qəbul edən Lue, çox çətinlik çəkdiyini ifadə edib.