Minskdə Nizami Gəncəvinin heykəli ucaldılıb

20 Dekabr 2021 09:05 (UTC+04:00)

Belarusun paytaxtı Minsk şəhərində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi ucaldılıb.

SİA xəbər verir ki, abidə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələrək hazırlanıb. Abidə şəhərin mərkəzi hissələrinin birində - Azərbaycanın Belarusdakı səfirliyinin binası yaxınlığında ucaldılıb.

Müəllifi Azərbaycanın Xalq Rəssamı Səlhab Məmmədov olan abidənin hündürlüyü postamentlə birgə 3,5 metrdir.

Yaxın zamanlarda abidənin rəsmi açılışının olacağı gözlənilir.