Koronavirusdan daha 50 nəfər ölüb - İRANDA

19 Dekabr 2021 19:10 (UTC+04:00)

İranda ötən sutka ərzində 1 968 nəfər koronavirusa (COVID-19) yoluxub, 50 nəfər ölüb. SİA-nın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 131 083 nəfərə, yoluxanların sayı isə 6 170 979 nəfərə çatıb. Virus daşıyıcılarından 2 876 nəfərin vəziyyəti ağır qiymətləndirilir.