Magistraturaya hazırlaşanlar üçün sınaq imtahanlarına qeydiyyat aparılır

19 Dekabr 2021 12:38 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi dekabrın 26-da Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə yeni imtahan modelinə uyğun sınaq imtahanı, həmçinin ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyən bakalavrlar üçün sınaq imtahanı keçirəcək. Mərkəzdən SİA-ya bildirilib ki, sınaq imtahanlarında iştirak etmək üçün qeydiyyat dekabrın 20-si saat 9:00-da bitəcək.

Sınaq imtahanlarına qeydiyyat linkləri Mərkəzin saytında yerləşdirilib.