“Bildiyimiz kimi cənab Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas prioritetini Azərbaycan xalqının firavan yaşamasının təmin edilməsi təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva bildirib.

Onun sözlərinə görə, ölkə başçımız prezident seçildiyi ilk zamandan istər dövlət büdcəsində, istərsə də bu istiqamətdə imzanlanmış fərman və sərəncamlarda hər zaman xalqın sosial rifanının yüksəldilməsini ön plana çəkmişdir: “Azərbaycanın dövlət büdcəsi dünyada ən sosialyönümlü büdcə hesab olunur. 2022-ci ilin dövlət büdcəsində sosial xahişlər büdcənin 46 faizini təşkil edir. Ölkə başçımızın müvafiq fərmanları ilə hər il minimum əmək haqqı, pensiyalar, sosial müavinətlər artırılır. 2018-ci ildən başlayaraq minimum əməkhaqqının hər il əvvəlki illərlə müqayisədə daha çox artırıldığının şahidi olmuşuq. Bildimiz kimi, 2022-ci ildə minimum əməkhaqqı 300 azn müəyyən edilmişdir. Respublikamızda bütün sahələr üzrə çalışan insanlarımızın əməkhaqlarında nəzərə çarpacaq dərəcədə artımlar öz əksini tapacaq. Özəl müəssisələrdə çalışan insanlarımızın da əməkhaqları müvafiq olaraq artacaq”.
Millət vəkili sözlərinə davam edərək bildirib ki, Azərbaycanın iqtisadi cəhətdən güclü dövlət olması hamımıza məlumdur: “Bu gücün də mənbəyi xalqdır. Azərbaycan Prezidentinin də hökumət qarşısında qoyduğu ən vacib məsələlərdən birini xalqın rifahının yaxşılaşdırılması təşkil edir. İşğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsilə də əlaqədar gələcək illərdə dövlətimizin iqtisadi gücü daha da artacaq. Gələcəkdə cənab İlham Əliyevin başçılığı altında Azərbaycan xalqı daha gözəl və daha firavan günlər yaşayacaq”.
Səbinə Hüseynli