Bu, Azərbaycan xalqının Liderinin hunanistliyini göstərir - DEPUTAT ŞƏRH ETDİ

18 Dekabr 2021 12:03 (UTC+04:00)

“Cənab Prezidentin bu tarixi çıxışı və tarixi təklifi bütün dünyaya yayıldı. Mənim yadımdadır ki, cənab Prezidentin bu çıxışından sonra bir çox ölkələrdən, o cümlədən Hindistandan, Macarıstandan, Rusiyadan, Ukraynadan tanışlarım zəng vurmuşdu. Yəni, cənab Prezidentin səsi bütün bəşəriyyətə və planetə yayıldı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, biz artıq deyə bilərik ki, Qoşulmama Hərəkatının sədri olarkən dünyanın tarixinə yazılan təşəbbüslə çıxış etdik: “Bu çox humanist bir addımdır. Cənab Prezident əvvəl də çıxışında qeyd etmişdi ki, pandemiya vaxtı ölkələr biri-birinə məhdudiyyət yaratmasın. İqtisadi məsələləri həll etmək, iqtisadiyyatda artım olması üçün Azərbaycan əlindən gələni etdi.”.

Deputat sözlərinə belə davam edib: “Xatırladıram ki, o vaxtı Azərbaycan pandemiya ilə əlaqədar 30 ölkədən çoxuna yardım etmişdi. Bura milyonlarla vəsait ayrılmışdı. Bu Azərbaycan xalqının böyüklüyünü, müdrüklüyünü göstərir. Bu Azərbaycan xalqının Liderinin hunanistliyini göstərir. Cənab Prezident tək 10 milyon Azərbaycanda yaşayan azərbaycanlıların Lideri deyil, o bütün dünyada 50 milyondan çox azərbaycanlının Lideridir. Onlar da bununla fəxr edir”.

Ayşən Vəli