İran dövlətinin nəzdində ingilis dilində çıxan “Tehran Times” qəzeti ilk səhifəsində İsrailin xəritəsini çap edib və bu xəritədə Tehranın hücum zamanı vuracağı hədəflər yer alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məıumata görə, İran raketləri ilə vurula biləcək mümkün hədəfləri göstərən qırmızı nöqtələrdən xəritənin demək olar ki, görünməməsi diqqət çəkir. Qəzetin başlığında "Bir yanlış hərəkətinizə baxır!" , “Təhlükə və təzyiqlər İrana aid deyil” sətiraltı başlıqda qeyd olunub. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri çərşənbə axşamı deyib: "Biz heç kimi vurmaq niyyətində deyilik, lakin əməliyyat və taktiki səviyyədə qəti cavab verməyə hazırıq".