"Tesl"a avtomobillərinin təhlükəsizliyi və keyfiyyətindən şikayət edən iki nəfəri şirkətə böhtan atmaqda ittiham edib. Tesla rəsmiləri belə əsassız şayiələrin şirkətin reputasiyasına xələl gətirdiyini iddia ediblər.
SİA xəbər verir ki, "Tesla"nın məhkəməyə verdiyi müştərilərdən “Model S” istifadəçisi Han Çao, şirkətin, satdığı avtomobilin əsaslı təmirdən çıxmış işlənmiş olduğunu irəli sürüb və fırıldaqçılıqda günahlandırıb.
Həmçinin Çin sosial media platforması Weibo-dakı paylaşımında "Tesla"nı “xuliqan şirkət” kimi təsvir edib. Şirkət isə bu yazı üçün təsdiqlənməmiş, əsassız və böhtan xarakterli ifadələr işlətdiyinə görə Han Çaonu məhkəməyə verib.
"Tesla"nın məhkəməyə verdiyi digər müştərisi isə Çinli Zhanq Yazhou olub. O da Teslanın “Model 3” avtomobilinin əyləc sisteminin nasaz olduğunu irəli sürüb. Bu səbəbdən şirkət Çao-dan 12 milyonr 416 min, Zhangdan 12 milyon 619 min türk lirəsi təzminat, sosial mediadakı böhtanlarına görə də üzr istəmələrini və yazıları silmələrini tələb edir və Tesla markalı avtomobillərin əyləclərinin düzgün işləmədiyinə dair iddiaları qəbul etmir.