Rəşad Tahir oğlu Mərdanov 1980-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin mağistraturasını fərqlənmə diplomu ilə bitirmişdir. Maliyyə-Kredit üzrə Fəlsəfə doktorluğu müdafiəsindədir. 2002-2005-ci illərdə “Həyat dastanı...”, “Biri varmış, biri yoxmuş...”, “Azərbaycanın qüdrəti...”, “Sadəcə sevdim...”, “Ulu Türküstan, Azərbaycan və ya həsrət acısı, vusal arzusu” kimi şer kitabları cap olunmuşdur. 2003-cü ildə adı “XX əsr Azərbaycan yazıçıları enisklopediyası” kitabına salınmışdır. 20 tarixi, sənədli romanı çapa hazırlanır. “DİL VƏ DİNİN KÖKƏNİNƏ DOĞRU” kitabı ön-türk dilinin etimoloji söz köklərinin təhlilini nəzərdə tutur və ön türk dili ilə digər dillərin qarşılıqlı müqaisəsi aparılmışdır. Təhlillər göstərir ki, ön türk dili sabit qanunauyğunluqları olan, düşünülmüş, planlaşdırılmış bir dil olmuşdur və bu dil təsadüfən formalaşa bilməz.
Onun “Haqdan axıdılan qan” çoxhissəli romanları haqqında öz ürək sözlərimizi bildiririk.
***
“Haqdan axıdılan qan” çoxhissəli romanlar silsiləsidir, bu romanlar silsiləsinin ilk üç hissə son 200 ildə baş verən hay-erməni problemi, bu problemi yaradan böyük planın pərdə arxasında olan görünməz “baş oyunçuları”, onların türk-islam dünyasına hələ də etdikləri səlib yürüşləri və gizlədərək silmək istədikləri minlərlə illik öntürk-türk tarixindən bəhs edir. “Haqdan axıdılan qan” çoxhissəli romanının I kitabı “Ulusoy”, II kitabı “Yaşarkən öldürülənlər” və III kitabı “Əlvida Ulusoy” adlanır. 1828-ci ildə Çar Rusyanın (Azərbaycanın o günkü dövləti) Qacarları, 1829-cu ildə Osmanlını məğlub etməsindən sonra bağlanan sülh müqaviləsinin bəndlərinin birinə əsasən həm Qacarlar, həm Osmanlı Suriyada, Fələstində, İraqda yaşayan hayların Trabzon, Van, Qarabağ, İravana, Axıska ərazilərinə köçürülməsini həyata keçirməyə məcbur oldular. İngiltərə, Fransa, Rusiya, Avistirya-Macarstan, İtaliya kimi 5 böyük xristiyan dövləti Şərqi Anadoluda hay-erməni dövləti quraraq günümüz Türkiyə və Azərbaycan dövlətləri arasında bir tampon dövlət yaratmaq istəyirdi, lakin bu məsələ I DünyaMüharibəsinə qədər uzandı. I Dünya müharibəsi zamanı Osmanlı ilə vuruşan Çar Rusiyası, Fransa, İngiltərə ordusunun tərkibində hay-ermənilərdən istifadə etdi, fransa və ingilis ordusu Fələstin, Suriya haylarından könüllülər topladı və ərazidəki bütün hay-ermənilər silahlandırdılar, işğal etdikləri bütün şəhərlərdə, kəndlərdə hay-ermənilərin türk-müsəlimanları qətl etməsinə göz yumdular. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti terorrist hay-ermənilərə qədim İravan xanlığını güzəştə getməyə məcbur oldu. Bu zaman Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 150 min kv. km.-dən 113,9 min kv. km-ə düşdü, cəmi iki il sonra Azərbaycanın Sovet Rusiyası tərəfindən işğal edilməsindən sonra Zəngəzurun Ermənistan Sovet Respublikasına verilməsi ilə, Azərbaycan Sovet Respublikasının ərazısı 86, 6 min kv. km.düşdü. 200 illik bu böyük planın türk-müsəliman dünyasını necə alt-üst edilməsi romanda Ulusoy kəndinin timsalında verilmişdir. Romadan məlum olur ki, minillik türk irsinin davamçıları olan ulusoylular 1948-ci ildə Mil-Muğan ərazilərinə köçürülür, lakin Mərdanın babası Səməd kişi onları vaxtı ilə hay-ermənilər tərəfindən xaraba qoyulan Soylu kəndinə gətirir və onlar 1988-ci ilə qədər orada yaşayır. III kitab “Əlvida Ulusoy” adlanır və bu adın verilməsi təsadüfü deyil. 1948-ci il köçündən canlarını qurtararaq İrəvanda qalmağı bacaran ulusoylular 1988-ci ildə hay-erməni quldurları tərəfindən təhdid edilirlər, getmələri tələb edilir, lakin ulusoyluların son aqibəti çox faciəli olur. Əslində roman bir gəlinin doğum sancısı çəkməsi hadisəsi ilə başlayır, bu gəlin Solmazdır, Mərdan kişinin gəlini. Mərdaş kişi gəlininin iniltisini eşitdikdən sonra xəyalı onu uzun illər əvvələ, 1965-ci ilin aprelinə aparır, bu vaxtı bütün ermənilər Yeravanda ayağa qalxaraq “türklərə ölüm” şuarları səsləndirirdi, bu hadisələrin ortasında Mərdan kişinin həyat yoldaşı Nazanın da doğum sancısı tutmuşdu, lakin erməni həkimlərinin ona tibbi yardim etməməsi Nazanın ölümü ilə nəticələnmişdi. Mərdansa yeni doğulan oğlunu götürüb kəndə qayıdası olur.
Solmazın doğumu olduqca çətin keçəcəkdi, həkim Solmazı qurtara bilmək üçün ana bətnindəki körpəni doğramaq istəyəcəkdi. Bunu eşidən Solmaz bütün gücünü toplayaraq həkimə deyəcəkdiki, “məni qurtarmaq üçün körpəyə nəsə etsən əlimdən qurtara bilməzsən”, Allahdan həkim son anda həm Solmazı, həm onun körpəsini qurtara bilir. Mərdan kişi bu körpəyə Nazanın adını verdi. Nazanını yenidən yaşatmaq istədi. Körpə Nazanın son aqibəti isə nənəsinin aqibətindən heç də fərqlənmir.
Günümüz Gürcüstan Respublikasının ərazisində Axıskatürkləri yaşayırdı. 1944-cü ildə Sovet höküməti onları iki saat içində toplayıb Qazaxıstan, Özbəkistan çöllərinə sürdü. Onları min illik yurdlarından iki saat içində sürmüşdülər, bəs onların son aqibəti nə oldu?! Axıska türklərindən olan Tengiz Alidzenin başına gələnlərə romanda geniş yer verilmişdir və onun, ailəsinin başına gələnlərlə ulusoyluların yaşadığı faciələrin pararleyi romanda öz əksini tapmışdır.
Romanda I Dünya Müharibəsi zamanı hay-erməni quldurları tərəfindən ailəsi qətl edilən Əroldan da bəhs olunur, o 1918-ci ildə Azərbaycana köməyə gələn İslam ordusunun tərkibində olur, o bir tərəfdən Azərbaycanda savaşır, bir tərəfdəndə ailəsini qətl edən (erməni) Haykazı axtarır…
Romanda hadisələr əsasən son 200 ili əhatə etsə də, bəzi hallarda hadisələr gah minllərlə il əvvəldə baş verir, gah da Osmanlı dönəmində yaşamış Koroğlu haqqında danışılır, Osmanlı Səfəvi savaşlarından danışılır, alevilərdən danışılır, gah da oxucu 1926-ci ildə Bakıda keçirilən türkioloji qurultayın iştirakçısına çevrilir.
Bütün bu hadisələr hay-ermənilərin ulusoyluları öz ata-baba yurdlarından qovmaq istəməsi səhnəsinə qədər davam edir, son hadisələr 1988-ci ilin Novruz bayramında Ulusoyda baş verir…
Üç hissəli roman “davamı var” yazısı ilə bitir.
Biz, öz kökünə doğru gedən və kökümüzü araşdırıb bizə çatdıran Rəşad Tahiroğluna bu müqəddəs işdə daha böyük uğurlar arzu edirik. Əgər biz bir vaxtlar bütün bunları yazıb ortaya qoysaydıq, 1988-ci ildə baş verən hadisələrdə bunları çıxarıb, dünya xalqlarına göstərməklə ermənilərin bu yerlərə gəlmə olduğunu, bizim torpağımızda oturub, bizə düşmən kəsilmələrini və necə şərəfsiz olduqlarını sübut edə bilərdik. Əfsus ki, XIX əsrin axırları və XX əsrin əvvəllərindən başlayaraq biz bunları yazmamışıq. Bəzi yazılarnaları da Sovet İmperiyası, onun başında oturanlar öz xristian qardaşları erməniləri qorumaq üçün bütün bunları bizdən gizlədiblər. Onlar həmişə türkdilli xalqlara qarşı düşmən olmaqla, həmişə səlib yürüşünə çıxıblar. Şükür ki, bunu indi türkdilli xalqlar başa düşməyə başlayıb…
Və nəhayət ki, Turan dövlətlər birliyini yaratmağa qərar veriblər. Bu, böyük tarixi hadisədir. Yaşasın Turan!
Nəcibə İLKİN,
şairə, jurnalist, publisist